Bakıda evdən qadın meyiti tapılıb


09:36     17 Mart 2019 meyit0.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Hacıyeva Rəfiqə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 344