Ermənistanda qazın qiyməti bahalaşacaq
11:28 18 Mart 2019
Ermənistanda maye qazın qiyməti bahalaşacaq.
Bunu “Jamanak” qəzeti yazıb.
Məlumata görə, Vergi Məcəlləsinə təklif olunan yeni dəyişiklik layihəsinə əsasən, avtomobillər üçün maye qaz həcmlə deyil, çəki ilə satılacaq.
Məqalədə qeyd olunub ki, hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, maye qazın min kub metri 25 min dramdır (52 dollar). İndi isə hökumət təklif edir ki, bir ton maye qazın qiyməti 34 min dram (70 dollar) olsun.
Hökumət rəsmiləri bunun vergi ödənməsinə təsiri olmayacağını desə də, təbii qazdoldurma məntəqələrinin sahibləri bildiriblər ki, dəyişiklik nəticəsində yanacağın qiyməti 10-20 faiz bahalaşacaq.(report.az)
Femida.az
Oxunub: 408
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb