Daha 1200 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verilib
20:17 19 Mart 2019
1200 şəhid üzrə 1928 vərəsəyə də bayrama qədər birdəfəlik ödəmə verilib. Beləliklə, indiyədək artıq 5491 şəhid üzrə 7894 vərəsə birdəfəlik ödəmə ilə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq Fərmanının icrası olaraq, şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması işləri davam etdirilir.
Bu istiqamətdə mühüm addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya tərəfindən 11 mart 2019-cu il tarixli iclasda vərəsələrdən böyük bir qrupuna - 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmişdi. Artıq həmin vərəsələrin bank hesablarına birdəfəlik ödənişlərin köçürülməsi başa çatdırılıb.
Vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268 nəfərdir. Ötən il noyabrın əvvəlllərindən həmin şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu günədək artıq 5491 şəhidin 7894 vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.
Femida.az
Oxunub: 553
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb