Qazaxda bir gecədə üç nəfəri bıçaqladılar


19:58     20 Mart 2019 bicaq.jpg

Qazax rayonunda 3 nəfər bıçaqlanıb.
"Ölkə.Az"ın məlumatına görə, hər 3 hadisə ayrı-ayrı yerlərdə müxtəlif səbəblərdən qeydə alınıb.
Rayonun Salahlı kənd sakini, 32 yaşlı Orxan Abdulla oğlu Məmmədov və Xanlıqlar kənd sakini, 40 yaşlı Rəşad Mədət oğlu Şərifov kürək nahiyəsindən bıçaqlanıblar. Digər bıçaqlanma hadisəsi isə Ağköynək kəndində qeydə alınıb. Rayon sakini, 31 yaşlı Teymur Naib oğlu Eyyubov qarın nahiyəsindən bıçaqlanıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 348