Bakıda 2 nəfər bayram tonqalında yanıb


12:55     21 Mart 2019 tonqal.jpg


Bayram günlərində tonqala düşərək yanıq xəsarətləri alan şəxslərin sayı əvvəlki illərlə müqayisədə az olub.


Bu barədə Femida.az-a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
O bildirib ki, çərşənbə axşamı və bayram günündə tonqala düşərək xəsarət alan 2 nəfər müraciət edib.

“Onlar 8-10 yaşlarında oğlan uşaqlarıdır. Yüngül yanıq xəsarətləri almışdılar. Ambulator müalicə alıb, evə yola salınıblar”.

Femida.az

Açar sözlər:

Oxunub: 460