Dollar ucuzlaşır

Dollar ucuzlaşır


16:15     21 Mart 2019 19_03_21_1553162055.jpg

FED-in (Federal Ehtiyat Sistemi,ABŞ- red) açıq bazarlar üzrə komitəsi uçot dərəcəsini əvvəlki səviyyədə (2,25-2,5 % civarında) saxlamağa qərar verib.

Femida.az -ın məlumatına görə, FED nümayənədələri iqtisadi artım templərinin aşağı düşəcəyindən ehtiyat etdiklərinə görə 2019-cu ildə uçot dərəcəsini artırmamağı qət edib.

Bir çox iqtisadi şərhçilər faiz göstəricisinin bir və ya iki faiz qaldırılacağını proqnozlaşdırırdı.

ABŞ-da təkcə 2018-ci il ərzində uçot dərəcəsi üç dəfə 0,25 faiz artırılıb.

Faiz göstəricisinin artırılması adətən dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxarır.

Lakin “Fed”in son qərarından sonra dünya valyuta bazarlarında dolların ucuzlaşması müşahidə olunub. Bakı vaxtı ilə saat 09.15-ə olan vəziyyətə görə, avronun dollara nisbətdə məzənnəsi 1,1423 dollara qədər yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi isə 110,55 yenə qədər aşağı düşüb

Açar sözlər:

Oxunub: 193