Daha bir kəndə qaz verilib
13:04 25 Mart 2019
İsmayıllı rayonunun daha bir kəndinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, martın 25-də İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 314
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb