Meriyadan əməkdaşların bayramda işlədilməsinə münasibət

Meriyadan əməkdaşların bayramda işlədilməsinə münasibət


12:10     26 Mart 2019 19_03_26_1553586049.jpg

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) əməkdaşlarının qeyri-iş günlərində işə çağırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
BŞİH-dən Femida.az -a bildirilib ki, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunan 7 qeyri-iş günləri ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışıblar.

Qeyd olunub ki, bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi bayram tədbirləri, müxtəlif konsert proqramları, bayram yarmarkaları təşkil olunub, bu il mərkəz yerlərlə yanaşı bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilib.

“Bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetiriblər və bu təbii bir haldır.

Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunmuş, sakinlərimizi narahat edə biləcək problemlərin qarşısı alınıb. Bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq. Bununla əlaqədar hansısa bir şəxsin narazılıq nümayış etdirməsi və bunun mətbuatda yayılması bizdə təəccüb doğurur”, - deyə məlumatda bildirilib.

Açar sözlər:

Oxunub: 127


Oxşar xəbərlər