Misir Mərdanov qəzaya düşdü


12:36     27 Mart 2019 1366374389_misir_merdanov_240909.jpg

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.


Femida.az-ın məlumatına görə, bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.

Femida.az

Açar sözlər: #AMEA   #Qəza   #Avtomobil  

Oxunub: 501