Elçin Quliyev Ermənistanla sərhəddə getdi - FOTOLAR
12:59 27 Mart 2019
2019-cu ilin 25-26 mart tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Femida.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icra vəziyyəti, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında məruzələr dinlənilib.
Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.
Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilmiş, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yüksəldilməsi üzrə göstərişlər verilib.
Oxunub: 775
Oxşar xəbərlər
- Elçin Şıxıyev koronavirusdan vəfat etdi
- Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
- Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər edib
- Elçin Quliyev rəisi işdən azad etdi - 55 nəfəri bu sahədən kənarlaşdırdı
- Elçin Quliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında iştirak edib
- Elçin Quliyev sərhədə yollandı - Döyüş fəaliyyətini yoxladı
- Elçin Quliyev gürcü həmkarı ilə sərhəddə görüşdü
- Elçin Quliyev Ermənistanla sərhəddə - Atışmadan sonra
- Elçin Quliyev MDB ölkələrinin iclasında
- Elçin Quliyev Libermanla görüşdü