İlham Əliyev yol tikintisinə pul ayırdı


15:54     27 Mart 2019 prezident2.jpg

Prezident İlham Əliyev "Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 283