Söyüşə görə müştərisini bıçaqlayan şəxsin cəzası azaldıldı


16:07     27 Mart 2019 hokm%20ceza%20mehkeme_yeni.jpg

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Fəxrəddin Bəylərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Bəylərovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 8 ay 26 günə endirilib.

İttiham aktına əsasən, haidsə ötən il mayın 21-də Abşeron rayonunun Xırdalan şəhərində baş verib. F.Bəylərov həmin ərazidə icarə əsasında işlətdiyi “Naxçıvan mətbəxi” adlı kafenin qarşısında müştəri olmuş Əhməd Zeynalovdan yedikləri yeməyin və içdikləri içkilərin - 18 manat pulunun ödənilməsini istəyib.

Yaranmış mübahisə zamanı Ə.Zeynalovun yanında olan əmisi oğlu Maarif Zeynalov F.Bəylərovu söyüb-təhqir edib. Daha sonra təqsirləndirilən şəxs F.Bəylərov qəzəblənib və üstündə gəzdirdiyi bıçaqla M.Zeynalovun qarın nahiyyəsindən bir dəfə zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Bəylərov (əvvəlki cəzası da) 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, F.Bəylərov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 281