Ağac kəsən şirkət cərimələndi
16:18 29 Mart 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlif cinsli ağac və kol bitkilərinin kəsildiyi aşkar edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı ağac və kolların "Azəri-İNT" MMC tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 17 080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilib.
Oxunub: 314
Oxşar xəbərlər
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
- Ağacları qanunsuz kəsdiyinə görə şirkətə cinayət işi açılıb
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
- Ağacları kəsən şəxs cəzalandırılıb
- Ağac kəsənlərə cinayət işi açılıb
- Ağacları kəsən şəxsə cinayət işi açıldı
- Ağacların yanması ilə bağlı şikayət araşdırılıb
- Ağacları kəsən şirkət cəzalandırılıb
- Ağacların məhv edilməsilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərildi
- Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürülüb