Vergi orqanlarına işə qəbul imtahanı keçirildi
17:39 30 Mart 2019
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Femida.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.
İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
- Vergi cərimələrinin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək
- Vergi ödəyicilərinin sayı iki dəfədən çox artıb
- Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək
- Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər nədən ibarətdir? - ŞƏRH
- Vergi Məcəlləsinə dəyişiklik müzakirə olunacaq
- Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
- Vergi agenti rüşvət alarkən saxlanıldı
- Vergi Xidmətinin proqram təminatı təkmilləşdiriləcək
- Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi