"Yeni müharibə, yeni torpaqlar" deyirəm - Tonoyandan təxribatçı AÇIQLAMA


16:05     01 Aprel 2019 19_04_01_1554120454.jpg


Ermənistan müdafiə naziri Davit Tonoyan növbəti təxribatçı açıqlaması ilə gündəmə gəlib.

Femida.az erməni KİV-ə istinadən xəbər verir ki, Tonoyan bunu Nyu-Yorkdakı erməni icması ilə görüşü zamanı deyib. Nazirin sğözlərinə görə, ölkəsi sülh müqabilində torpaq vermək prinsipini icra edə bilməz:

“Sülh müqabilində torpaq” əvəzinə mən bu gün “yeni müharibə, yeni torpaqlar” deyirəm. Azərbaycanla anlaşmaq mümkündür, ancaq heç nə verə bilmərik. Ermənistan Silahlı Qüvvələri daxilində hücum bölmələrinin sayını artırmağa hazırlaşırıq. İllərdir mövcud olan müdafiə vəziyyətdən uzaqlaşaraq, müharibəni qarşı tərəfin ərazisinə daşıya biləcək bölmələr hazırlamaq fikrindəyik”.
Qeyd edək ki, Tonoyan son günlərdə təxribatçı açıqlamaları ilə gündəmə gəlməkdədir.

Amin

Femida.az

Açar sözlər: #Tonoyan   #Ermənistan   #Qarabağ   #siyasət  

Oxunub: 684