İnsanları şantaj edən dəstə tutuldu


01:57     28 Oktyabr 2015 santaj%20deste9.jpg

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları vətəndaşları şantaj edən dəstəni ifşa edib. Məlum olub ki, dəstə üzvləri bir neçə şəxsi qadın vasitəsi ilə şantaj edib külli miqdarda pul əldə ediblər.


Bakıda aralarında qadın da olan cinayətkar dəstə ifşa edilib.

Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımovu saxlayıb.

Keçirilən tədbirlərlə məlum olub ki,onlar Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan da külli miqdarda pul alıblar. Çox çəkməyib ki, bu işdə adı çəkilən Gülnar Əhmədova da tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin əməllərindən zərərçəkənlər bu barədə 102 xidmətinə məlumat verə bilər.

Açar sözlər:

Oxunub: 1134