Uşaq qidasından yad cisimlər aşkarlandı - Bu məhsulu almayın!
12:54 04 Aprel 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
Femida.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka - 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilmiş və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka - 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur. Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.
Femida.az
Oxunub: 663
Oxşar xəbərlər
- Uşaq bağçalarına qəbul iyul ayından başlayacaq
- Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb
- Uşaq dünyaya gətirən 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır
- Uşaq bağçasında gözətçi işləyən QADIN QƏTLƏ YETİRİLDİ
- Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi
- Uşaq evində böyüyən şəhid dəfn edildi
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- Uşaq bağçaları fevralın 15-dən açılır
- Uşaqlıq şəkilləri olmayan 22 yaşlı şəhid niyə özünü qumbara ilə partlatmaq istəmişdi?
- Uşaq ölü doğuldu - Ginekoloqun cinayət işi məhkəməyə göndərildi