"Ermənilər hücuma keçsəydilər, mən Tonoyanla İrəvanda görüşərdim" - Zakir Həsənov
14:56 04 Aprel 2019
Fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur. Azərbaycanın Ordusu da, isqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir.
Femida.az-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində Ermənistan müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” açıqlamasına münasibət bildirərkən deyib. Nazir vurğulayıb:
" Ermənistanın müdafiə naziri David Tonayan Amerikaya niyə getmişdi? Pul dilənməyə getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər.
Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. Mən bunu eşidəndə deyirdim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir. Hücuma keçsəydilər, mən onunla İrəvanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm" -deyə, nazir müsahibəsində bildirib.
Femida.az
Oxunub: 711
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb