Yevlaxda dəhşətli qəza: 3 yaşlı uşaq öldü
16:16 28 Oktyabr 2015
Azərbaycanın Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 yaşlı oğlan ölüb, 3 nəfər ağır xəsarət alıb.
APA-nın xəbərinə görə, Bakı-Qazax magistralının 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində Zinharov Şaiq Türen oğlunun idarə etdiyi 90-DO-361 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn, Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi 90-DA-851 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə toqquşub.
Nəticədə “VAZ 2106”-dakı sərnişin, 2012-ci il təvəllüdlü Yusifzadə Hüseyn Teymur oğlu ölüb. Avtomobildəki digər sərnişinlər - 2002-ci il təvəllüdlü Yusifzadə Sabir Teymur oğlu, 1950-ci il təvəllüdlü Əliyev Rəhman Yaqub oğlu və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 1109
Oxşar xəbərlər
- Yevlaxda ağır qəza - Yaralılar var
- Yevlaxda ev yanıb
- Yevlaxda qəza - Ölən və yaralananlar var
- Yevlaxda zarafat qanla bitdi - Qətlin ŞOK TƏFƏRRÜATI
- Yevlaxda 4 otaqlı ev yanıb
- Yevlaxda `goreşənlər` peyda olub
- Yevlaxda atışma - Yaralanan var
- Yevlaxda kanaldan qadın meyiti tapıldı
- Yevlaxda 2 otaqlı ev yanıb
- Yevlaxda 6 otaqlı ev yanıb