Yevlaxda ağır qəza - Yaralılar var


01:58     29 Dekabr 2017 qeza%20yeni8.jpg

Yevlax rayonunda avtomobil qəzası zamanı sürücü və sərnişini ağır yaralanıb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərzisindən keçən hissəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Daewoo-Centra" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişini ağır yaralanıb.

Hər iki yaralı xəstəxanaya aparılıb. Yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1113