“O video Azərbaycan gömrüyündə çəkilməyib” - Rəsmi açıqlama


11:54     09 Aprel 2019 2019/04/dgk-1554795536_1554796525.jpg

Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə yayılan video-görüntü ilə bağlı məlumat yayıb.


DGK-dən Femida.az-a bildirilib ki, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.

“Hadisə Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur”. - deyə komitənin yaydığı məlumatda qeyd edilib.



Femida.az

Açar sözlər:

Oxunub: 338