Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır – Səbəb
16:44 09 Aprel 2019
Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.
Femida.az xəbər verir ki, bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib: “Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir”.
Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda kartof əsasən Rusiya, Belarus, İran və Türkiyədən idxal, Rusiyaya isə ixrac olunur.
Daha sonra pomidorlardan danışan B.Quliyev bildirib ki, Azərbaycanda istehsal olunan pomidorlar əsasən Rusiyaya ixrac olunur.
O əlavə edib ki, Rusiya son illərdə pomidor istehsalını artırdığı üçün Azərbaycandan Rusiyaya pomidor tədarükü gələcəkdə azala bilər.
Femida.az
Oxunub: 417
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)