Yeni Zelandiya parlamenti silah qadağası barədə qanunu qəbul etdi

Yeni Zelandiya parlamenti silah qadağası barədə qanunu qəbul etdi


18:27     10 Aprel 2019 19_04_10_1554900054.jpg

Yeni Zelandiya parlamenti 15 martda Kraystçerç şəhərindəki məscidlərə edilən silahlı terror hücumunda 50 nəfər dinc sakinin qətlə yetirilməsindən sonra silah qadağaları ilə bağlı təqdim olunan yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.


Femida.az Yeni Zelandiya radiosuna istinadən xəbər verir ki, ölkədə bütün hərbi tipli yarımavtomat silahların və hücum snayperlərinin alışını və istifadəsini qadağan edən qanun layihəsinin lehinə 119 deputat yekdilliklə səs verib. Cəmi 1 deputat sənədin əleyhinə çıxıb.

Parlamentin qanun layihəsini təsdiqləməsindən sonra çıxış edən Yeni Zelandiyanın baş naziri Casinda Ardern bu məsələdə iqtidar və müxalifət deputatlarının birlik nümayiş etdirərək önəmli bir addım atdıqlarını bildirib.

Əhalidən toplanacaq həmin silahların 200 milyon dollar dəyərində olacağını vurğulayan Ardern “Xalqımızın təhlükəsizliyini təmin etmək üçün ödəməli olduğumuz məbləğ budur. Buraya toplaşmağımızın səbəbi qurbanlar (məscidlərə edilən terror hücumundakı) və onların ailələridir. Xəstəxanada yaralıları (50 nəfər) ziyarət edərkən onların hamısında birdən çox güllə yarasının olduğunu gördüm. Bu insanlar həyatları boyunca psixoloji sarsıntı bir yana, fiziki əngəllərlə yaşayacaqlar. İnanıram ki, onlar burada bizim etdiklərimizə dəstək verirlər. Çünki bu silahlar öldürmək, şikəst etmək üçün hazırlanıb.”

Qanun layihəsində adı çəkilən silahları sənəddə göstərilən müddət ərzində təslim etməyənlərə qarşı 3 ilədək həbs cəzası və ya 4 min dollaradək cərimə nəzərdə tutulub. Qanun layihəsi Yeni Zelandiyanın baş qubernatoru Petsi Reddin imzasından sonra qüvvəyə minəcək.

Açar sözlər:

Oxunub: 205