Narkotik plantasiyası aşkarlanıb - Balakəndə


10:30     11 Aprel 2019 cetene_kolu_0018.jpg

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, 28 yaşlı Eşqin Abbasov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Narkotik   #Marixuana   #Heroin   #Polis   #DİN   #Araşdırma  

Oxunub: 867