Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
11:41 25 İyul 2022
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun Güvəkənd kənd sakini Qaçay Namətovun yaşadığı ünvanda narkotik saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində əvvəllər də eyni əmələ görə xarici ölkədə məhkumluq həyatı yaşayan Q.Namətov tutularaq istintaqa təhvil verilib. Onun evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi və satış məqsədilə hazır şəkildə sellofan torbalarda, şüşə qablarda, eləcə də kibrit qutularında qablaşdırdığı, ümumi çəkisi 1 kiloqram 270 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 355
Oxşar xəbərlər
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb
- Narkotikin təsiri altında maşın sürən şəxs tutuldu
- Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb
- Narkotiki qayınanasının evində gizlətdi
- Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı - FOTO
- Narkotiki alan da, satan da saxlanıldı