Bakıda bank yandı - 5 nəfər tüstüdən zəhərləndi


16:19     11 Aprel 2019 fhn-yangin.jpg


“Accessbank”da yanğın baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və 1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Femida.az

Açar sözlər: #bank   #yanğın  

Oxunub: 617