Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb


13:14     29 İyul 2022 22_07_29_1659083743.jpg

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Femida.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 16-da ictimaiyyətə açıqlanacaq.

Qərar haqqında bir qədər sonra AMB-nin sədri Taleh Kazimovun iştirakı ilə keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 339