Məktəblərdə pəncərələrin bağlanması xəbərinə nazirlikdən münasibət


20:43     11 Aprel 2019 mekteb%20direktoru.PNG

Təhsil Nazirliyi Bakıdakı məktəblərdə pəncərələrin ləğv edilməsi iddialarına münasibət bildirib.

Femida.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov faktı təkzib edib:

“Heç bir pəncərə bağlamaqdan söhbət gedə bilməz”.

Qeyd edək ki, iddialara əsasən, 162 saylı orta məktəb şagirdi Elina Hacıyeva özünü məktəbin pəncərəsindən ataraq intihar etdikdən sonra Təhsil Nazirliyi pəncərələrin bağlanması haqda qərar çıxarıb.

Femida.az

Açar sözlər:

Oxunub: 480