İlham Zəkiyev cüdo üzrə paralimpiya yığmasının üzvləri ilə görüşüb
17:50 12 Aprel 2019
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, intizam komissiyasının sədri İlham Zəkiyev cüdo idman növü üzrə Azərbaycanın qızlardan və oğlanlardan ibarət paralimpiya yığmasının üzvləri ilə görüşüb.
Femida.az bildirir ki, görüş zamanı may ayında Bakıda keçiriləcək beynəlxalq qran-pri yarışına hazırlıq məsələləri müzakirə olunub. İdmançıların yarışlara fiziki, mənəvi-psixoloji hazırlıq səviyyəsi haqqında söz açılıb.
Kişilərdən ibarət yığma komandanın baş məşqçisi İbrahim İbrahimov idmançıların hazırlığı haqqında danışıb. Bildirib ki, aprel ayının 14-dən etibarən yığma komanda Göygöl rayonunda təlim-məşq toplantısına yola düşəcək.
Qızlardan ibarət yığma komandanın baş məşqçisi Ramin İbrahimov öz çıxışında bildirib ki, cüdo yığmasının yarışlara yüksək səviyyədə qatılması üçün komitə tərəfindən hər cür şərait yaradılıb. İdmançılarımız mütəmadi olaraq təlim-məşq toplantılarında iştirak edirlər. Lazımi maddi-texniki baza yaradılıb. Odur ki, idmançıların qarşısında dayanan əsas vəzifə yarışda yüksək səviyyədə iştirak edərək medal qazanmaqdır.
Tədbirdə qeyd olunub ki, "Tokio 2020" XVI yay paralimpiya oyunlarına lisenziya xallarının qazanılması üçün Bakı Qran-Prisində qələbə çox önəmlidir.
Daha sonra İlham Zəkiyev idmançılara məşqlərində və gələcək yarışlarda uğurlar arzu edib.
Femida.az
Oxunub: 653
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib