MTN-də daha bir rəis işdən çıxarıldı


23:26     28 Oktyabr 2015 Zeynalov_600.jpg

Milli Təhlükəsizlik Nazirliyində "təmizləmə" əməliyyatı davam edir. Vəzifə səlahiyyətlərində sui-istifadə edən, adları müxtəlif qanuna zidd əməllərdə hallanan şəxslər vəzifələrindən kənarlaşdırılır, saxlanılır.


Femida.az milli.az-a istinadən xəbər verir ki, MTN-in Tədris Mərkəzinin rəisi, polkovnik Vahid Zeynalov işdən azad olunub. Rəsmi sənəddə onun "sərəncama götürüldüyü" vurğulanır.

Dünən xəbər yayılmışdı ki, onun qardaşı - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub.

Açar sözlər:

Oxunub: 1535