Bu yol bağlıdır


13:42     13 Aprel 2019 19_04_13_1555148428.jpg

Yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş. Bədəlbəyli küçəsinin R. Behbudov və S. Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.



Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, bu məqsədlə 13.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, ümumilikdə 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 344