Xaçmazda quşçuluq ferması yandı


12:10     14 Aprel 2019 19_04_14_1555227381.jpg

Xaçmazda quşçuluq fermasında baş verən yanğın nəticəsində 5 min cücə tələf olub.

Oxu.Az-ın verdiyi məlumata görə, hadisə rayonun Cağatay kəndində baş verib.

500 kvadratmetr sahəsi olan fermasının 200 kv.m ərazisi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 300 kv.m ərazi yanğından mühafizə olunub və alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 495