Daha bir idmançımız Avropadan medalla qayıdır


14:11     14 Aprel 2019 19_04_14_1555236769.jpg

Azərbaycanın daha bir samboçusu Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Femida.az-ın məlumatına görə, 87 kq-dan yuxarı çəki dərəcəsində yer alan Toğrul Salmanov fəxri kürsüyə yüksəlib. 18 yaşlı idmançı yeniyetmələrin mübarizəsində fərqlənib.

Qeyd edək ki, daha əvvəl Vilayət Bayramov gənclərin yarışında 62 kq çəkidə bürünc medala sahib olub.

Femida.az

Açar sözlər: #idman  

Oxunub: 412