Aysun özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim...” (FOTO)

Aysun özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim...” (FOTO)


12:37     16 Aprel 2019 2019/04/283643-42-kattan-olume-atladi-5cb4824952b59_3110808026.jpeg

Türkiyənin Konya şəhərinin Selcuklu rayonunda 21 yaşlı azərbaycanlı qız Aysun Y. özünü biznes mərkəzinin 42-ci mərtəbəsindən atıb.


O təxminən 100 metr hündürlükdən beton səthə düşərək yerindəcə keçinib.

Hadisə ötən gün saat 12.00-da, plazanın sonuncu mərtəbəsindəki restoranda baş verib. Biznes mərkəzinin restoranına müştəri kimi gələn Aysun Y. bir müddət sonra restoranın terrasına keçərək özünü atmaq istəyib. Bu zaman restoran işçiləri ona mane olmağa çalışıblar, lakin qız üstündə gəzdirdiyi bıçağı çıxararaq onları hədələyib. Bıçaqla özünə xəsarətlər yetirən Aysun daha sonra özünü 42-ci mərtəbədən atıb. Beton üzərinə düşən qızı görən işçilər polis və təcili yardım çağırıblar. Lakin təcili yardım əməkdaşları gələnə qədər qız hadisə yerində keçinib.

Hadisə baş verən ərazidə işləyən polis əməkdaşları mərhumun çantasından ailəsinə yazdığı məktub tapıblar. Əl yazısı ilə yazılan məktubda “Sizə layiq bir övlad olmadım. Məni bağışlayın. Mən sənə də layiq olmadım. Səni çox sevdim. Məni boyunbağımla birlikdə dəfn edin” sözləri yazılıb.



Gənc qızın cənazəsi Konya Nümunə Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu son bir neçə eyni binanın 42-ci mərtəbəsindən ataraq intihar edən ikinci azərbaycanlıdır. Ötən ilin oktyabr ayında 23 yaşlı Tehran Alimov da həmin binadan özünü ataraq intihar etmişdi. O, bir müddət reanimasiyada müalicə alsa da həkimlər Tehranın həyatını xilas edə bilmədilər və o, 37 gün sonra vəfat edi. Bu binada intiharların tez-tez baş verdiyinə görə yaxınlıqda yaşayanlar biznes mərkəzində tədbir görülməsini istəyiblər.

Özünü atıb öldürən gənc azərbaycanlı qızın Türkiyədə nə işlə məşğul olduğu haqda əlavə məlumat yoxdur.

Femida.az

Açar sözlər: #İntihar   #Azərbaycanlı   #Türkiyə    

Oxunub: 2609