Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib


09:47     14 İyul 2022 22_07_14_1657776466.jpg

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Açar sözlər:

Oxunub: 469