Bakıda dəhşət! Tələbə özünü eyvanda asdı


16:10     16 Aprel 2019 oglan%20intihar0.jpg

Bakıda tələbə intihar edib.



Femida.az xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Sumqayıt Dövlət Universitetinin (SDU) fizika və elektroenergetika fakültəsinin 2-ci kurs tələbəsi, 1999-cu il təvəllüdlü Bəşirov Elməddin Vüqar oğlu yaşadığı evin eyvanında özünü asıb.

E.Bəşirov intihar etməzdən əvvəl məktub yazıb. Məktubda nə yazıldığı açıqlanmır.

SDU-nin mətbuat katibi Nazxanım Cəlilli ONA-nın yerli bürosuna açıqlamasında E.Bəşirovun nümunəvi tələbələrdən olduğunu qeyd edib: "Ötən gün həmin tələbə dərsdə iştirak edib. Yaxşı oxuyan tələbə olub, heç bir kəsiri də olmayıb. Bu gün dərsə gəlmədiyini görən fakültə rəhbərliyi tələbə ilə əlaqə saxlayıb. Telefona qardaşı cavab verib və Elməddinin rəhmətə getdiyini deyib. Onun intihar edib-etmədiyini bilmirik".

Açar sözlər: #intihar  

Oxunub: 723