Prezident Bərdənin icra başçısını təltif etdi


18:33     17 Aprel 2019 2019/04/9d92922c-f45f-460e-8ec7-5934f0de3b25_1555505070.jpg


Prezident İlham Əliyev Vidadi İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vidadi İsa oğlu İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.İsayev 1959-cu ilin aprelin 18-də Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 2005-2011-ci illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2011-ci ildən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Sabah onun 60 yaşı tamam olur.

Femida.az

Açar sözlər: #Bərdə  

Oxunub: 380