Bakıda ana 3 uşağını baxımsız vəziyyətdə qoyub getdi

Bakıda ana 3 uşağını baxımsız vəziyyətdə qoyub getdi


10:44     19 Aprel 2019 2019/04/kimsesiz-kuce-qazax-sefil-usaq_1555656567.jpg

Bakının Keşlə kəndində valideynlər tərəfindən atılmış üç uşaq tapılıb.


Femida.az -ın məlumatına görə, bu jurnalistlərə insan hüquqları müdafiəçisi Kamala Ağazadə bildirib.

Bir neçə gün öncə, anasının uşaqlarına qarşı olan laqeyidlikdən qonşular dözməyib polisə şikayət ediblər. Qadın bütün gün, hətta gecə iki ikiyaşlı və üç yaşlı oğlan uşağını, 10 yaşlı bacılarına tapşırmış. Onların acından ölməməsi üçün qonşular uşaqlara qida veriblər.

Bununla bağlı Kəmalə Ağazadə Nizami rayonu icra Hakimiyyətinə müraciət edib.

"Komissiya yaradılıb, ekspertlər polislə birdə hadisə yerinə gediblər. İcra şöbəsinin nümayəndələri akt tərtib edib, uşaqları götürüb, sığınacağa gətiriblər.", deyə Ağazadə bildirib.

Artıq axşam evdə uşaqları tapmayan ana telefonla hüquq müdafiəçisi ilə əlaqə saxlayıb. O, Ağazadəni təhdid edib.

Ananın haqqında bircə o məlumdur ki, adı Nigardır. Qadın özü bütün gün evdə olmadığını belə izah edir: o, bir dükanda işləyir. Qonşular övladlarını köməksiz vəziyyətdə qoyan qadınla bağlı bir sıra iddialar irəli sürüb.

Femida.az


Açar sözlər:

Oxunub: 251