Gecə klubunda işləyən qız döyüldü - Bakıda


12:28     19 Aprel 2019 19_04_19_1555662702.jpg


Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.


Femida.az Ona-ya istinadən xəbər verir ki, hadisə "Palermo" gece klubunda baş verib.

Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb.
28 yaşlı qız xəstəxanaya yerləşdirilib.

Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.

Femida.az

Açar sözlər: #klub   #qız  

Oxunub: 1302