Türkiyə və Azərbaycan arasında aviareyslər sayı artırılacaq


14:53     19 Aprel 2019 teyyareturkiye.jpg


Türkiyə və Azərbaycan arasında aviareyslərin sayı həftədə 115-dək artırılacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir bildirib ki, reyslərin sayı yay mövsümündə artırılacaq. M.Cahit əlavə edib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında həftədə 90 aviareys həyata keçirilir.

Nazirin sözlərinə görə, aprelin 22-dən başlayaraq isə Türkiyənin “Pegasus” aviaşirkəti tərəfindən Ankara-Bakı birbaşa reysləri işə düşəcək.

Femida.az

Açar sözlər: #təyyarə  

Oxunub: 353