Rusiyada təyyarə qəzası olub, ölənlər var


11:30     16 İyul 2022 22_07_16_1657951666.jpg

Rusiyanın Krasnodar diyarında An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

"An-2 təyyarəsi eniş zamanı elektrik xətti ilə toqquşma nəticəsində qəzaya uğrayıb. İlk xilasedici bölmələr hadisə yerinə çatdıqdan sonra An-2 təyyarəsinin alovlanmadan qəzaya uğradığı müəyyən edilib", - Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yerdə tələfat və dağıntı yoxdur.

Açar sözlər:

Oxunub: 462