Azərbaycan XİN Şri-Lankadakı terroru pislədi

Azərbaycan XİN Şri-Lankadakı terroru pislədi


15:25     21 Aprel 2019 XIN.jpg

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada çoxsaylı insanın ölümü və yaralanması ilə nəticələnən terror aktlarını pisləyib.

Femida.az xəbər verir ki, bu barədə XİN rəsmi "Tvitter" hesabında məlumat yayıb.

XİN terror qurbanlarının ailələrinə və Şri-Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, bu gün Şri-Lankada silsilə partlayışlar törədilib. Qanlı terror aktları nəticəsində 185-dən çox insan həlak olub.


Femida.az

Açar sözlər:

Oxunub: 202