Cəbhədən xəbər var
09:38 24 Aprel 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Mərzili, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Oxunub: 318
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb