Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var


10:46     31 İyul 2022 22_07_31_1659242834.jpg

Şəmkir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə şəhərin Birinci küçəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobililə yük maşının toqquşması nəticəsində 2004-cü il təvəllüdlü S. Qurbanov və 1994-cü il təvəllüdlü Ə. Orucov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 486