Bu gündən bulvarın bir hissəsinə giriş bağlanır - 5 günlük
09:48 24 Aprel 2019
26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar bu gündən etibarən Dənizkənarı Milli Parkın "Azneft" dairəsindən Bakı Dəniz Vağzalına qədər hissəsinə giriş bağlanacaq.
Bunu Femida.az-a Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1 yarışına bileti olan şəxslər həmin əraziyə daxil ola biləcəklər.
Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı Bakı bulvarında əyləncə proqramlarına başlanacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".
Qeyd edək ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır.
2016-cı ildə "Williams" komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat.
Azərbaycana Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Femida.az
Oxunub: 439
Oxşar xəbərlər
- Bakıda "Formula 2"nin əsas yarışı başlayıb
- NİİM “Formula 1" ilə bağlı sürücülərə müraciət edib
- Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq
- Formula 1 Azərbaycan Qran Prisi 2021-in qalibləri müəyyən olundu
- "Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başladı
- Bakıda Formula 2 yarışlarının qalibi bəlli olub
- Formula 1-in açılış mərasimində Dövlət Himnini qazi səsləndirəcək
- Bakı Formula 1 Azərbaycan Qran-Prisinə tam hazırdır
- DYP “Formula 1” ilə bağlı məlumat yaydı
- "Formula 1" zamanı bulvar bağlı olacaq? - AÇIQLAMA