TürkPA-nın müşahidə missiyası Azərbaycanda


00:51     30 Oktyabr 2015 Türkkon-Bayrağı.png

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə Bakıya gəlib.


Qurumdan Femida.az-a verilən məlumata görə, missiyaya Qazaxıstan Parlamenti Məclisinin üzvü Serikjan Kanayev rəhbərlik edir.

Müşahidəçilərin proqramına Milli Məclisin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov, Mərkəzi Seçki Kommissiyasının sədri Məzahir Pənahov, həmçinin Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri ilə görüşlər daxildir. Noyabrın 2-də müşahidə missiyasının seçkilərin nəticəsinə dair mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, TürkPA müşahidə missiyası üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini müşahidə etmək məqsədilə 2010-cü ildən fəaliyyətə başlayıb.

Açar sözlər:

Oxunub: 828