TürkPA-nın növbəti plenar iclası - Astanada


22:39     20 Noyabr 2015 aa.jpg

Dekabrın 3-4-də Astanada Türkdilli Ölkələrin Parlament Assambleyasının 6-cı plenar iclası keçiriləcək.


Bu barədə APA-ya TürkPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrləri daxil olmaqla, üzv ölkələrin millət vəkilləri, eləcə də TürkPA ilə əməkdaşlıq edən beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Əsas müzakirə mövzusu “İnformasiya və media sahəsində əməkdaşlıq” olan plenar iclasda sədrlik Azərbaycandan Qazaxıstana təhvil veriləcək.

Gündəliyə TürkPA-nın illik fəaliyyət hesabatı, daimi komissiyaların rəhbər və üzvlərinin seçilməsi, eləcə də komissiyaların son iclaslarında qəbul edilmiş tövsiyə qərarları və məruzələrinin təsdiq edilməsi, üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərinə dair TürkPA müşahidəçilər missiyasının məruzələri kimi məsələlər daxildir. Plenar iclasdan bir gün öncə dörd ölkənin parlament sədrlərindən ibarət Assambleya Şurasının iclasının keçirilməsi planlaşdırılır. İclas Astana Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq.

Qeyd edək ki, TürkPA-nın növbəti plenar iclası 2016-cı ildə Qırğızıstanda keçiriləcək.

Açar sözlər:

Oxunub: 921