Putin Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib
14:38 25 Aprel 2019
“Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.
Femida.az “RT”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib.
Aprelin 25-də Vladivostokda Şimali Koreya (Koreya Xalq Demokratik Respublikasının) lideri Kim Çen Inla görüşdən sonra keçirilən mətbuat konfransında danışan V.Putin bildirib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır: “Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.
Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.
Oxunub: 449
Oxşar xəbərlər
- Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq
- Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb
- Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
- Putin mühüm fərman imzaladı
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- Putinə nə olub?
- Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb
- Putin BMT baş katibi ilə görüşüb