Bakı sakinindən saxta pul götürülüb


12:12     26 Aprel 2019 saxta%20pullar.jpg

Bakıda üstündə saxta pul gəzdirən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.aza verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 314