Bir qrup hərbi qulluqçu ilə görüş keçirilib
18:27 26 Aprel 2019
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aprelin 26-da ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən Femida.az- a verilən məlumata görə, ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən orduya göstərilən diqqət və qayğıdan söz açaraq ordu quruculuğu sahəsində aparılan islahatlar, əldə edilən uğurlar barədə ətraflı məlumat verib və bu yolda veteranların xidmətlərindən danışıb. O, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiyatda və istefada olan hərbi qulluqçuların böyük rol oynadığını vurğulayaraq onların daha fəal olmalarını tövsiyə edib.
Veteranlar bu cür görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduqlarını bildirərək bəzi problemlərin həlli yolları barədə müzakirələr aparıb, səmərəli təkliflər irəli sürüb və bir sıra məsələlərin baxılması ilə əlaqədar müraciət ediblər.
Sonda birgə nahar təşkil olunub.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb